• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 may 2024-cü il

    Azərbaycan Respublikasının Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova 18 may 2024-cü il tarixində Estoniyanın Talinn şəhərində konsert proqramı ilə çıxış etmişdir.

    Estoniya musiqi və Teatr Akademiyasının böyük zalında baş tutan konsertdə Yeganə Axundova ilə birgə Estoniyanın tanınmış musiqiçiləri, Akademiyanın professorları  Henri David Varema, Arvo Leibur, Toomas Vavilov və Azərbaycanlı musiqiçi  Humay Hacızadə də iştirak etmişlər. Konsertdə Azərbaycanın Estoniyadakı Səfiri Anar Məhərrəmov, Estoniya musiqi və teatr Akademiyasının rektoru, professor İvari İlya, Estoniya və Azərbaycan Diasporasının sədri Niyazi Hacıyev, estoniyalı və azərbaycanlı dinləyicilər  konsertdə iştirak etmişlər. 

    Konsert proqramında İ.Brahms, Q.Mahler, Eston bəstəkarı E.Magi və Azərbaycan bəstəkarları Ü.Hacıbəyli, F.Əmirovun əsərləri yer almışdır. Yeganə Axundova Fikrət Əmirovun piano üçün “12 miniatür” silsiləsini video görüntülərin nümayişinin  müşayiəti ilə ifa edərkən dinləyicilərə təqdim etmişdir. Konsert bütün dinləyicilərin böyük rəğbəti və alqışları ilə başa çatmışdır. Pianoçu, professor Yeganə Axundova ərsəyə gətirdiyi Fikrət Əmirovun fortepiano əsərləri toplusundan ibarət və Grammy mükafatının BEST CLASSICAL COMPENDIUM kategoriyasında longlistə daxil olmuş diskini Estoniya Musiqi və Teatr Akademiyasına hədiyyə etmişdir.

    Bundan əlavə Yeganə Axundova beynəlxalq layihə olan Erasmus+ proqramı ilə işçi müqaviləsi çərçivəsində Talinn şəhərində Estoniya musiqi və teatr Akademiyasının piano fakültəsinin tələbələrinə ustadlıq dərsi vermişdir. 

    Yeganə Axundova dərs prossesi zamanı tələbələrlə tanışlıq söhbətləri apararaq, onlara piano sənətinin incəliklərini, ustadlıq sirlərini izah etmiş, məsləhətlər vermişdir. Ustadlıq dərsi zamanı professor Yeganə Axundova həmçinin tələbələr üçün ifa etmiş və  seçilmiş əsərlərin üzərində nümunələr göstərmişdir. O, Azərbaycan piano məktəbi haqqında ətraflı danışaraq, Estoniya Akademiyasının tələbələrini Azərbaycan musiqi mədəniyyəti haqqında məlumatlandırmışdır.

     


     

    Народная артистка Азербайджанской Республики, проректор Бакинской Музыкальной Академии имени Узеира Гаджибейли, профессор Егане Ахундова выступила с концертной программой в Таллинне, Эстония, 18 мая 2024 года. В концерте, состоявшемся в большом зале Эстонской музыкальной и театральной академии, также приняли участие известные эстонские музыканты, профессора Академии Генри Давид Варема, Арво Лейбур, Тоомас Вавилов и азербайджанский музыкант Хумай Гаджизаде. В концерте приняли участие посол Азербайджана в Эстонии Анар Магеррамов, ректор Эстонской академии музыки и театра, профессор Ивари Илья, председатель эстонской и азербайджанской диаспоры Ниязи Гаджиев, эстонские и азербайджанские слушатели.

    В программу концерта вошли произведения И.Брамса, Г.Малера, эстонского композитора Э.Маги, азербайджанских композиторов У.Гаджибейли, Ф.Амирова. Егане Ахундова представила зрителям серию «12 миниатюр» Фикрета Амирова для фортепиано во время исполнения под видеозапись. Концерт завершился с большим сочувствием и аплодисментами всех слушателей. Пианистка, профессор Егане Ахундова подарила Эстонской академии музыки и театра диск с фортепианными произведениями Фикрета Амирова, вошедший в лонг-лист в категории премии «Грэмми» ЛУЧШИЙ КЛАССИЧЕСКИЙ КОМПЕНДИУМ.

    Кроме того, Егана Ахундова провела мастер-класс для студентов фортепианного факультета Эстонской академии музыки и театра в Таллинне в рамках трудового договора международного проекта Erasmus+.

    Егане Ахундова в процессе урока проводила вводные беседы со студентами, объясняла им тонкости фортепианного искусства, секреты мастерства, давала советы. В ходе мастер-класса профессор Егане Ахундова также выступила перед студентами и показала примеры избранных работ. Он подробно рассказал об азербайджанской фортепианной школе и ознакомил студентов Эстонской академии с музыкальной культурой Азербайджана.