11 may 2024-cü il
11 may 2024-ci il tarixində Ümummilli lider Heydər Əliyevin 101 illiyi münasibəti ilə Azərbaycanın İtaliyadaki Səfirliyində tədbir keçirildi.
İtaliyada akkreditə olunmuş diplomatik korpus rəhbərləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, Romadakı və Vatikandakı səfirliklərimizin əməkdaşları tədbirdə iştirak etmişlər.
Ölkəmizin İtaliyadakı səfiri cənab Rəşad Aslanov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrlərində ölkəmizin tərəqqisi və inkişafı üçün göstərdiyi misilsiz xidmətlərdən söz açmışdır.
Tədbirin bədii hissəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Zərif Kərimova və Dövlət Simfonik Orkestrin solisti Nərgiz Əliyeva solo və duet proqramları ilə çıxış etdilər.
Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olundu.