• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 may 2024-cü il

    15 may 2024-cü il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Fortepiano, orqan və klavesin” kafedrasının təntənəli konserti keçirildi. 

    Tədbirdə kafedranın professorları Tahirə Yaqubovanın, Rasimə Babayevanın, Adilə Mailovanın, Afaq Rüstəmovanın, dosentlər Tofiya Cavadovanın,  Dilşad Əliyevanın,  Məryəm Məlikovanın, İdris Zeynalovun, Nuridə Abbasovanın, baş müəllimlər Lalə Atakişiyevanın, Günel Eyvazzadənin istedadlı tələbələri - Aydın Əliheydər, Səbinə Əliyeva, Gülnur Sabirli, Eyyub Əliyev, Yaqut Əlizadə, Mehparə Zeynalova, Ülviyyə Mustafazadə, Elşad Mustafazadə, Xəyal Əsədli, Nərmin Quliyeva, Pakizə Mustafazadə, Fidan Musayeva, Səkinə Cavadzadə, Aytac Müslümova, Əminəxanım Məmmədova, Selcan Həsənli, Xədicə Muxtarova, Firəngiz Braneva, Nəzrin Hüseynova, Jalə Quliyeva, İbrahim Kazımov məharətlə çıxış etdilər.

    Zəngin çalarlı konsert  proqramında F.Listin “Weinen, Klagen, Sorgen, Zagen”, A.Məlikovun “Медленный вальс”, T.Quliyevin “Sən mənim, mən sənin”,  “Prelüd №2” (fis-moll), Q.Qarayevin “Səyahət”, S.İbrahimovanın “Prelüdiya“ N.8, X.Əsədlinin “İki prelüdiya”, F.Əmirovun “Rəqs”, F.Şubertin “Serenada”, Sibeliusun “Elicyado”, S.Raxmaninovun “Vokaliz”, “Etüd”, E.Qriqin “Etüd”, N.Şeykonun “An”, K.Sen-Sansın “Qu quşu”, M.Şmitsin “Romans melanxoliya”, N.Paqanininin “Kantabile”, M.İ.Qlinkanın “Qalop”, R.Şumanın “Nəyi?”, F.Sücəddinovun “Vətən balladası”, F.Mendelsonun  “Venesiya qondolyerin mahnısı”, E.Seatinin “Qimnopediya”, A.Şnitkenin “Menuet”, V.Qalimovun “Boogie qarışıq popurri”, Ə.Mustafazadənin “Xarakter” cazz trio (f-no solo) əsərləri dinləyicilərə təqdim olundu. 

    Tamaşaçıların böyük zövqünü oxşayan konsert gecəsi gurultulu alqışlarla qarşılandı.