• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 may 2024-cü il

    14 may 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Konsertmeyster ustalığı” kafedrasının professoru Gülnarə Məmmədyarovanın pedaqoji fəaliyyətinin 40 illiyi münasibətilə təntənəli sinif konserti keçirildi.

    Konsertdə  Azərbaycan Respublikasının Əməkdar artisti Anton Ferştandt, respublika müsabiqələr laureatı Safura Aslanova,  respublika və beynəlxalq müsabiqələr laureatı Məhəmmədəli Paşazadə, Nərmin Hüseynli, Ayan Həsənova (Sabah qrupu), Fatimə Hüseynova, Fatimə Vəliyeva, Günel Hacıyeva, Zeyn Cəfərov, Faida Hüseynova, Maya İsmayıllı (Sabah qrupu) parlaq ifaları ilə çıxış etdilər. 

    Rəngarəng konsert proqramında F.Əmirovun “Azərbaycan elləri”, P.Jeanjeanın “Clair Matin”, G.Puççininin “Edqar” operasından Frankın ariyası, “Janni Skikki” operasından Janni Skikkinin ariyası, N.Əliverdibəyovun “Elegiya”, S.Raxmaninovun “Aleko” operasından Zemfira və Alekonun dueti; Alekonun ariyası, “Roman”, H.Rzayevin “Çahargah rapsodiyası”, F.Kreyslerin “Mуки любви”, V.Adıgözəlovun “Qərənfil”, S.Darqomjskinin üç romansı, A.Məlikovun “Məhəbbət əfsanəsi” baletindən “Noktürn”, J.Merkerin “Mon River” əsərləri istedadlı musiqiçilər tərəfindən ifa olundu. 

    Tamaşaçıların zövqünü oxşayan konsert tədbiri gurultulu alqış sədaları altında başa çatdı. 

    Onu da qeyd edək ki, konsert “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən konsertlər silsiləsindəndir.