• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 may 2024-cü il

    9 may 2024-cü il tarixində Şəmkir şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə orqan musiqisindən ibarət konsert proqramı təqdim edildi.

    Şəmkir şəhəri Alman Lüteran kilsəsində, Şəmkir Rayon İcra Hakimiyyəti və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə “Fortepiano, orqan və klavesin” kafedrasının professoru, Əməkdar incəsənət xadimi Tahirə Yaqubovanın bədii rəhbəri olduğu konsert proqramında BMA-nın məzunu, beynəlxalq müsabiqələr laureatı Nigar Məmmədova, BMA-nın II kurs magistr tələbəsi Gülbacı Muradova və bakalavr tələbəsi Əliheydər Aydın iştirak etdilər. Həmçinin tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotoşəkillərdən ibarət sərgi nümayiş olundu. 

     Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, aparatın əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və I Qarabağ müharibə veteranları qonaqlar qismində təşrif buyurmuşlar.