• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 may 2024-cü il

    6 may 2024-cü il tarixində Beynəlxalq Muğam Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş təntənəli konserti keçirildi. 

    Konsert gecəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano” kafedrası müəllimləri - Xalq artistləri Gülnaz İsmayılova, Ülviyyə Hacıbəyova, dosentlər Züleyxa Abdulla, Sevda Məmmədli, Günel Kazımova, Tofiyə Cavadova, baş müəllimlər Lala Atakişiyeva, Nərgiz Nəzərova, Zərif Kərimova, Nərgiz Kəngərli, Beynəlxalq müsabiqələr laureatı Müşfiq Quliyev öz əsrarəngiz ifaları ilə hər kəsin zövqünü oxşamağa müvəffəq oldular.

    Konsert proqramında Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri istedadlı musiqiçilər tərəfindən dinləyicilərə təqdim olundu.

    Bayram ab-havalı konsert tədbiri tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.