• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 aprel 2024-cü il

    30 aprel 2024-cü il tarixində görkəmli rus bəstəkarı Sergey Raxmaninovun 151 illiyinə həsr olunmuş “İki vida...” adlı “İxtisas fortepiano” və “Konsertmeyster ustalığı” kafedralarının birgə konserti keçirildi.

    Konsert proqramında S.Raxmaninovun əsərləri - «Не верь мне друг», «Как мне больно»,«Проходит всё», «Христос воскрес», «Здесь хорошо» romansları,  “Etüd-lövhə” N.8 g moll, op.33,  “Etüd-lövhə” N.8 d moll, op.39, “Etüd-lövhə” N.1 f moll, op.33, “Etüd-lövhə” N.1 c moll, op.39, “Etüd-lövhə”, N.4 op.39,  “Aleko” operasından Alekonun kavatinası, “Musiqili an” N.3 op.16, 4 nömrəli “Musiqili an” N.4 op.16,  “Şərq rəqsi”,  “Polişinel” N.4 op.3 və Kiprien Katsarisin “Əlvida, Raxmaninov” dinləyicilərə təqdim olundu. 

    Konsertdə Respublika və beynəlxalq müsabiqələr laureatları, Azərbaycan Respublikasının Əməkdar artisti Aleksey Miltıx, Adil Axundov, Mahir Tağızadə, Nuray Əliyeva, Xəlil Mütəllibov, Fidan Rəşidova, Əli Talıbov, Məryam Məmmədova, Nəzrin Qulamova, Fidan Yunus, İlqarə Talıbova, Rəşad Ağayev, Camalə Abdinzadə, Rüstəm Zeynalov, Səkinə Quliyeva, çıxış etdilər.

    Musiqisevərlərin zövqünü oxşayan konsert tədbiri tamaşaçıların gurultulu alqışları ilə  qarşlandı.