• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 mart 2024-cü il

    30 mart 2024-cü il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, dirijor Azad Əliyevin xatirəsinə həsr olunmuş təntənəli konsert keçirildi. 

    Konsertdə Bakı Kamera Orkestrinin (bədii rəhbəri SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru isə Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov) müşayiətilə solistlər - dünya şöhrətli pianoçular, SSRİ və Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Respublikasının Xalq artisti Yeganə Axundova, Xalq artisti Murad Adıgözəlzadə, Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Mahir Tağızadənin (bariton) parlaq çıxışları ilə musiqisevənlərin ürəklərini fəth etdilər.

    Təntənəli konsert proqramında B.Brittenin sadə simfoniya (3 hissə), İ.Şvartsın “Bəyaz gecənin melodiyaları” kinofilmindən  “Gəzinti”, G.Mahlerin “Piano kvarteti”, P.İ.Çaykovskinin “Снова, как прежде, один» romansı, S.Raxmaninovun “Проходит все”, “Все отнял у меня”, “O нет, молю, не уходи”, “Vokaliz” romansları, İ.S.Baxın Piano və orkestr üçün ikili konserti C dur (ll, lll hissələr), F.Şopenin Noktürn N.1 c moll, op.48 əsərləri dinləyicilərə təqdim olundu. 

    Konsert dinləyicilərin ruhunu oxşayaraq, gurultulu alqışlarla qarşılandı.