• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 mart 2024-cü il

    19 mart 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında BMA-nın “İfaçılıq fakültəsi” tələbələrinin iştirakı ilə Novruz bayramına həsr olunmuş təntənəli konsert keçirildi.

    İstedadlı tələbələrin məharətli ifasında bir-birindən maraqlı musiqi nömrələri dinləyicilərə təqdim olundu.

    “Novruz bayramınız mübarək” adlı bayram əhval-ruhiyyəli konsert tədbiri tamaşaçıların zövqünü oxşayaraq, gurultulu alqışlarla qarşılandı.

    Sonda gənc musiqiçilər təşkilati dəstəyə görə “İfaçılıq fakültəsi”nin dekanı Əməkdar İncəsənət xadimi, professor Nəzmiyyə Abbaszadəyə təşəkkürlərini bildirdilər.