Nəsillərin birliyi...
Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən,fədakar,
xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.
Heydər Əliyev
28 fevral 2024-cü il tarixində Üzeyir Hacıbəyliadına Bakı Musiqi Akademiyasının Böyük zalında“Nəsillərin birliyi” adlı konsert keçirildi. Tədbir musiqisevərlərin yüksək qiyməti ilə sonlandı.Konsertdə Azərbaycan Respublikasının Əməkdarartistləri Fəridə Məmmədova, İlham Nəzərov və BMA-nın baş müəllimi Yuliya Kərimovanın tələbələri çıxışetdilər.
Sevindirici haldır ki, Azərbaycan professional vokalsənətinin banisi Bülbül tərəfindən yaradılan ənənələrbu gün də dəyərli vokal müəllimlərimizin səyinəticəsində davam etdirilir.
Qeyd edilən konsertdən bir daha məlum oldu ki,Azərbaycan vokal ifaçılıq məktəbinin layiqlidavamçılarından biri də İlham İslam oğlu Nəzərovdur. Respublikamızın ilk və yeganə kontratenor səstembrinə malik opera müğənnisi, sənətşünaslıq üzrəfəlsəfə doktoru, Prezident mükafatçısı, Ü.Hacıbəyliadına BMA-nın baş müəllimi İ.Nəzərovun ifaçılıqfəaliyyəti ilə yanaşı bir müəllim kimi də AzərbaycanıAmerika, Avropa, eləcə də Asiya ölkələrində təmsiliqürurvericidir. Vurğulanmalıdır ki, İ.Nəzərov bir neçəgün öncə Qazaxıstanın Aktobe şəhərində ustad dərsi iləçıxış etmiş, Avropa, Rusiya, Azərbaycan, eləcə dəqazaxıstanlı bəstəkarların vokal əsərlərinin təfsiri vəifaçılıq texnikasının düzgün aşılanması kimiməsələlərə diqqəti cəlb etmişdir.
2008-ci ildən pedaqojifəaliyyətə başlayan İ.Nəzərov Ü.Hacıbəyli adına BakıMusiqi Akademiyasından əlavə, Asəf Zeynallı adınaMusiqi Kolleci, Bülbül adına Orta ixtisas musiqiməktəbi, T.Quliyev adına 12 nömrəli Onbirillik musiqiməktəbi və G.Şaroyev adına 35 nömrəli Onbirillikmusiqi məktəbində fəaliyyət göştərmişdir. Onlarlaşagird, tələbə yetişdirən müəllimin elmi və idarəçilikfəaliyyətlə məşğul olması təqdirəlayiqdir.
M.Vəliyeva, E.Hüseynzadə, Ü.Rüstəmli,G.Məmmədova, N.Aslanova, N.İsmayılova, İ.Əsədli, K.Rəhmanzadə, S.Abasova, R.İbişov və A.Mahmudzadənin yüksək texniki biliklərə malikolması, onların ifa etdikləri əsərlərə incə yanaşmasıtamaşaçıların diqqətindən yayınmadı. Proqramdaİ.S.Bax, V.A.Motsart, L.Bethoven, E.Qriq,S.Raxmaninov və Gülnaz Abdullazadənin əsərləri istərvokal ifaçıları, istərsə də pianoçular tərəfindən böyükpeşəkarlıqla səsləndirildi. Fərqli musiqi nümunələrininmüəllimlər təfərindən ifası konsertə xüsusi rəng qatdı.
Həqiqətən də, bu konsertin keçirilməsi müəllimlik sənətinin yüksək dəyərləndirilməsinin, təcrübəli professional pedaqoqların gənc musiqiçilərə ötürdükləri biliklərin qavranılmasınıı bariz sübutudur. Tədbirdə zövq oxşayan ifalar məcmusu nəsillərin birliyinin bariz nümunəsi idi.
Müəllimlərimizin uğuru xalqımızın parlaqgələcəyinin təminidir.
Aytən İbrahimova
Sənətşünaslıq üzrə fəlsəfə doktoru