17 fevral 2024-cü il
17 fevral 2024-cü il tarixində Heydər Əliyev Sarayında “Hollywood Soundtracks” adlı konsert keçirildi.
Dirijor Mustafa Mehmandarovun rəhbərliyi altında Scorrendo orkestri seçilmiş Hollywood filmlərindən məşhur nömrələr ifa etdilər. Orkestrı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “SABAH” qrupları tələbələrindən ibarət “Sabah” xor kollektivi müşayiət etdi.
Konsert tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.