• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 dekabr 2023-cü il

    29 dekabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yeganə Mustafayevanın sinfinin təbələrinin “XX-XXl əsr Fortepiano musiqisi” adlı konserti keçirildi. 

    Konsertdə Fatimə Axundova, Səriyyə Ağakişiyeva, İlqar Bədəlli, Aysu Mustafazadə, Nigar Vəlizadə, Elvin Əliyev, Aytac Əlizadə, Xəlil Mütəllibov, Nərmin Günəşova, Röya  Hüseynova çıxış etdilər.

    Konsert proqramında H.Couellin  “The voice of Lir”, “Aeolian harp”, L.Auerbaxun Prelüd №16, D.Ligetinin “Musica ricercata”, F.Pulenkin “Presto”, Şi Guo Qingin “Cümə günü”, C.Murattın “İmpressions”  №2,3, A.Qəmbərlinin “Sentyabr buludları”, O.Messianın “La colombe”, N.Kapustin “Prelüd” №3, F.Pulenkin “Pastorale”, N.Kapustinin Prelüd №5,  “Загадочный лес”, V.Azaraşvilinin “Xota” əsərləri səsləndirildi. 

    Konsert tamaşaçıların gurultulu alqışları ilə başa çatdı.