• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 dekabr 2023-cü il

    25 dekabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “İxtisas fortepiano” kafedrasının “Fortepiano ansamblı” fənni üzrə konserti keçirildi.

    Kafedranın istedadlı tələbələri Aygül Mahmudova, Nigar Həsənli, Leyla Hüseynzadə, Nəzrin Qulamova, Fidan Muxtarova, Flora Umudova, Kübra Həşimli, Ağabəşir Bayramzadə, Cəmalə Məmmədzadə, Nəzrin Bayramova, Faidə Hüseynova, Aysel Məmmədova, Nargül Aslanova, Sübhiyyə Əsgərova, Ülkər Abbasova, Nəzrin Məhərrəmli, Nuray Əliyeva, Fidan Əmirova, Dinara Əliyeva, Fidan Rəşidova, Sona İsmayılzadə, Samirə Kazımlı, Qönçə Verdiyeva, Şəms Əsgərova, Ləman Qəmbərova, Hidayət Sadıqbəyli, Əli Talıbov uğurla çıxış etdilər.

    Konsert proqramında Fikrət Əmirovun “Min bir gecə” baletindən “Oxatanların rəqsi”, Klod Debüssinin “Lindaraha”, Lalə Cəfərovanın “Bir xəzər əfsanəsi” baletindən Adajio, Sergey Raxmaninovun “Skerso”, “Prelüd”,  İohan Bramsın lll simfoniyadan lll hissə, Aleksandr Thfasmanın “Polka”, “Qar dənəcikləri”, “Lirik vals”, Ferens Listin “Təntənəli polonez”, Azər Rzayevin “Ləzginka”, Fransis Pulenkin “Sonata”, “Kapriccio”, Tofiq Quliyevin “Qızıl üzük”, İqor Stravinskinin “Petruşka” baletindən “Russkaya”, Sevda Məmmədlinin “Vətən uğrunda” uvertüra əsərləri səsləndirildi.

    Təntənəli konsert tədbiri dinləyicilərin böyük marağına səbəb olaraq, gurultulu alqışlarla qarşılandı.