• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 dekabr 2023-cü il

    18 dekabr 2023 il tarixində Bakı Dövlət Universitetinin böyük zalında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

    Təntənəli tədbirin təşkilatçıları Bakı Dövlət Universiteti, "Rossotrudniçestvo" təşkilatının Azərbaycandakı nümayəndəliyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası olub. Heydər Əliyev şəxsiyyətinin dövlətimizin taleyində və dünya tarixindəki rolundan və əhəmiyyətindən BDU-nun rektoru Elçin Babayev, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov, Milli Məclisin və Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin,  "Rossotrudniçestvo" təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov, Elm və Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov,  Rusiya (Sovet) Ali Məktəb Məzunlarının Azərbaycan Assosiasiyası İctimai Birliyinin  sədri Üzeyir Əliyev, BDU-nun professoru, tarix elmləri doktoru Azad Rzayev danışıblar. Tədbirin rəsmi və bədii hissələrinin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktor,  BMA-nın baş müəllimi Alyona İnyakina idi. Tədbirin bədii hissəsində BMA-nın konsertmeysteri Dilarə Kərimova və Alyona İnyakina Azərbaycan Respublikasının Əməkdar artistləri Elnarə Məmmədova və Aleksey Miltıx ilə çıxış etmişdir.