• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 dekabr 2023-cü il

    15 dekabr 2023-cü il tarixində Ankarada Kremerata Baltika və Bakı Kamera Orkestri  (bədii rəhbəri SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru isə Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov) kollektivlərinin möhtəşəm konserti oldu.

    Layihə Türkiyə Cümhuriyyətinin 100 illiyinə və Türkiyənin ən qədim musiqi fondlarından biri olan Sevda Cenab və Muzik Vakfinin 50 illik yubileyinə həsr olunmuşdur.

    Yubiley konsertinin proqramına müxtəlif xarakter və üslubda olan iki qrupun - Bakı Kamera Orkestrinin və Kremerata Baltika qrupunun solistlərinin ifasında müxtəlif üslublu və milli çalarlı əsərlər daxil edilmişdir.

    Gecəni Litvadan gələn qonaqlar açdı. Bu, təşkilatçısı və bədii rəhbəri, maestro Gidon Kremer tərəfindən əsası qoyulmuş dünya şöhrətli qrupun ən yaxşı ənənələrini davam etdirən 10 musiqiçidən ibarət ansambldır - məşhur Kremerata Baltika orkestrinin Litva hissəsi (o cümlədən Latviya, Litva və Estoniya musiqiçiləri).

    2011-ci ildə yaradılan qrup dünyanın bir çox beynəlxalq festival və konsertlərində Gidon Kremer və Dmitri Sitkovetski kimi məşhur musiqiçilərlə birgə çıxış etmişdir. Bakı Kamera Orkestri öz proqramına Azərbaycan musiqisinin korifeylərinin məşhur əsərlərini daxil etmişdir.

    Onların ifasında Fikrət Əmirovun xatirəsinə həsr olunmuş  “Nizami” simfoniyası səsləndirildi. Tamaşaçılar Qara Qarayevin “İldırımlı yollarla” baletindən iki “Rəqs”i böyük məmnuniyyətlə qarşıladılar.

    Fuad İbrahimovun Kremerata Baltikanın musiqiçiləri və maestro Qidon Kremerin özü ilə çoxdankı yaradıcılıq dostluğu var. O, tez-tez beynəlxalq festivallarda və konsertlərdə tanınmış orkestrlərlə qonaq dirijor kimi çıxış edir. Ona görə də hər iki orkestrin birgə çıxışı onların yaradıcılıq əməkdaşlığının təbii davamı idi. Onlar Nino Rotanın simliər üçün konsertini ifa edərək yüksək orkestr üslubu nümayiş etdirdilər.

    Bu musiqi bayramının apofeozu Türkiyədə tanınmış və sevilən əsəri, müştərək orkestrin ifasında tamaşaçıların müşayiəti ilə oxuduğu, sonsuz alqışlarla qarşıladığı “Yüzilliyin marşı” oldu.