• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 dekabr 2023-cü il

    22 dekabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “İxtisas Fortepiano” kafedrasının tələbələrinin iştirakı ilə  “Dünya azərbaycanlılarının Həmrəylik günü”nə həsr olunmuş təntənəli konsert keçirildi.

    Konsertdə kafedranın istedadlı tələbələri Xəlil Mütəllibov, Nuray Əliyeva, Fidan Rəşidova, Faidə Hüseynova, Əli Adıgözəlov, Şəkərxanım Cavadzadə, Hidayət Sadıqbəyli, Aygül Mahmudova, Elçin Məmmədov, Ayan Aslanova, İlqarə Talıbova, Məryəm Məmmədova, Günel İmanova, Jalə İslamova parlaq çıxışları ilə dinləyicilərin zövqünü oxşadılar. 

    Zəngin konsert proqramında Sergey Raxmaninovun “Etüd” op.9 № 9 D-dur,  “Etüd-lövhə” op.39  № 6, “Polişinel”, Bella Bartokun “Skerso” (Fantaziya), Ferens Listin “Transcendental etüd” № 12 “Mithel”, List “Transcendental etüd” № 7, Eroica, “Etüd” №2, f-moll “La Leggierezza”, Friderik Şopenin “Skerso” № 2, b-moll, Sergey Prokofyevin “Romeo və Cülyetta” baletindən “Montekkilər və Kapulettilər”, Klod Debüssinin “Clair de Lune” (Ay işığı), İohan Bramsın  “Sonata” № 2, fis-moll, Aleksandr Skryabinin “Etüd” op.8 №7, Moris Ravelin “Suyun oyunu”, Emil Əfrasiyabın “Hacıbeyli jazz” əsərləri dinləyicilərə təqdim olundu.

    Xoş təəssüratlarla yaddaşlara həkk olunan konsert tədbiri tamaşaçıların gurultulu alqışları ilə qarşılandı.