• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 dekabr 2023-cü il

    20 dekabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan vokalçıları III Beynəlxalq Festivalı çərçivəsində “Klassik vokal musiqi inciləri” adlı təntənəli konsert keçirildi.  

    Konsertmeysterlər - Əməkdar artist Rəna Ağayeva, Əməkdar artist  Nigar Məlikova, Ülviyyə Əliyeva, Məryəm Yusifova, Nabat Bağırovanın müşayiətilə BMA-nın “Solo oxuma və opera hazırlığı” kafedrasının istedadlı tələbələri Məhəmməd Şəmmədov, Səbinə Əliyeva, Səməd Novruzov, Sara Tağızadə, Sutoy Başbozqurt, Aydan Səfərli, Emin İsmayılov, Kənan Rəhmanzadə, Nuray İsmayılova, İsmayıl Əsədli, Azər Təmizadə, Safura Aslanova çıxış etdilər.  

    Təntənəli konsert proqramında V.A.Motsartın “Fiqaronun toyu” operasından Fiqaronun ariyası, Süzannanın ariyası, “Don Giovanni” operasından duet, A.Vivaldinin “Tito Manlio” operasından Titonun ariyası, “Cosi fan tutti” operasından “Un aura amorosa”, A.Skarlattinin “Gial sole dal gange”, P.Tostinin “Marechiare”, M.Maqomayevin “Nərgiz” operasından Nərgizin ariyası, S.İbrahimovanın “Azərbaycan”, E.Sabitoğlunun “Neyləyim”, Biksionun “Parla mi d-Amore”, Mariu”, S.Raxmaninovun “Aleko” operasından səhnə, G.Rossininin “Son bella pastorella” əsərləri dinləyicilərə peşəkar səviyyədə çatdırıldı. 

    Qeyd edək ki, konsertdə BMA-nın “Solo oxuma və opera hazırlığı” kafedrasının müəllimləri - Xalq artistləri Fidan Qasımova, Xuraman Qasımova (kafedra müdiri), Gülnaz İsmayılova, Əməkdar artist İlham Nəzərov, dosent Sevda Məmmədovanın tələbələri əsrarəngiz ifaları ilə dinləyicilərin böyük rəğbətini qazandılar. 

    Əməkdar artist Nicat Kazımovun rejissorluğu ilə təşkil olunan konsert proqramı tamaşaçıların gurultulu alqışları ilə qarşılandı.