• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 dekabr 2023-cü il

    18 dekabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Kamera ansamblı” kafedrasının tələbələrinin konserti keçirildi. 

    Konsertdə kafedra müdiri professor K. Neymanova, professor T.Babayeva, T.Əliyeva, N.Hacızadənin tələbələri uğurla çıxış etdilər. 

    İstedadlı gənc musiqiçilər - Əli Əmişov, Ayan Aslanova, Emil Hüseynov, Elçin Məmmədov, Nərminə İsmayılova, Humay Hacızadə, Ərol Rzayev, Fidan Yunus, Aslan İslamov, Namiq Səlimov, Oruc Aşumov, Kamil Hüseynzadə, Aygül Mahmudova, Tünzalə İbrahimova, Osman Mustafazadə məharətli ifaları ilə tamaşaçıların böyük rəğbətini qazandılar.

    Tədbir gurultulu alqış sədaları altında başa çatdı.