14 dekabr 2023-cü il
14 dekabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Dünya azərbaycanlılarının “Həmrəylik günü”nə həsr olunmuş təntənəli konsert keçirildi.
Tədbirdə Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyevanın, dosent Lalə Cəfərova və dosent Yeganə Tapdıqovanın yaradıcılıq təcrübəsi fənni üzrə magistratura pilləsinin tələbələri məharətlə çıxış etdilər.
İstedadlı tələbələr - Mehmanə Quliyeva, Səbinə Eldarlı, Səyyarə Əliyeva, Ülkər Eyvazova, Lamiyə Sərxanova, Nərminə İsmayılova, İlahə Məmmədova, Ruslan Soltanov, Lalə Gözəlova, Ayşə Ağayeva, Pərvin Əsgərova, Gülbacı Muradova, Fərhad Şükürov, Kamran Talıblı, Fəridə Abbaszadə, Fərəh Musayeva, Nigar İbadullayeva, Natella Şükürova, Xədicə Mehdiyeva, Pərvin Əsgərova,Nurəddin Abdullayev, Xəyalə Məmmədova, Aydan Yeşildağ və köməkçi ifaçılar - Səməd Novruzov, Xədicə Mehdiyeva, Xoşavaz Məmmədova, I kurs tələbələri Şəms Əlili, Cahan Hacıxanlı, Kamil Hüseynzadə, Aydan Yeşıldağ rəngarəng musiqi proqramı ilə çıxış etdilər.
Belə ki, konsert proqramında Qara Qarayevin “Çar kəndinin heykəli”, Azər Rzayevin “ Qaytağı”, Qabriel Faurenin “Sicilienne”, Üzeyir Hacıbəylinin “O olmasın bu olsun” musiqili komediyasından
“Deyirlər ki, toy olacaq” (Fortepiano üçün işləyəni Lalə Cəfərova), Lalə Cəfərovanın “Xatirə Poeması”, “Skuçayu” romansı (Sözləri:Leyla Əliyevanındır), Astor Piazzollanın “Libertanqo”, “Oblivion”, Azərbaycan xalq mahnısı “ Sarı gəlin”(Kvintet üçün işləyəni Kamran Talıblı), Jeremiah Clarkenin “Trumpet voluntary” (Danimarka şahzadəsinin Marşı), Jacques İbertin “Deux İnterludes”, Əzizə Mustafazadənin “The Last Day of Chopin” (Trio üçün işləyəni Lalə Cəfərova), Vasif Adıgözəlovun “Sən ey uşaqlıq” (“Şərikli çörək” kinofilmindən; Ansambl üçün işləyəni Lalə Cəfərova) əsərləri dinləyicilərə təqdim olundu.
Bayram ab-havalı tədbir hər kəs tərəfindən rəğbətlə qarşılanaraq, gurultulu alqış sədaları altında başa çatdı.