• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 dekabr 2023-cü il

    6 dekabr 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Klassik Musiqi Həvəskarları Klubunda Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə Azərbaycanın ilk qadın pianoçusu, ictimai xadim Xədicə Qayıbovanın 130 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.                                          
    Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova giriş sözü ilə tədbiri açdı. O, Azərbaycanın ilk qadın pianoçularından olan Xədicə Qayıbovanın həyat və yaradıcılıq yolu, onun musiqi mədəniyyətimizin inkişafında fəal iştirakı, maarifpərvər, pedaqoji fəaliyyəti haqqında çıxış etdi.
    Tədbirdə “Ömür sonatası” sənədli filmi nümayiş olundu.  
    Azərbaycan Televiziyasının “Sabah” studiyası tərəfindən Xədicə Qayıbovanın 130 illik yubileyi münasibətilə “Ömür sonatası” sənədli filmi bu il geniş tamaşaçı auditoriyasına təqdim olunmuşdur. (Filmin rejissorları Namiq Ağayev, Anaxanım Abdullayeva, ideya müəllifi və prodüsseri Xalq artisti Ramiz Həsənoğludur)
    Filmin nümayişindən əvvəl Xədicə Qayıbovanın rolunu ifa etmiş pianoçu, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının  İxtisas Fortepiano kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Salmanlı, filmin məsləhətçisi, Bakı Musiqi Akademiyasının prorektoru, professor, Xalq artisti Yeganə Axundova yaradıcılıq prosesi haqqında təəssüratlarını bölüşdülər.
    Tədbirdə Nərgiz Salmanlının tələbələrindən ibarət sinif konserti keçirilmişdir- Nəzrin Məhərrəmli, Gülnar Qədirova, Maya İsmayıllı, Beynəlxalq və Respublika müsabiqələri laureatları Rasimə Abdullayeva, Məryam Məmmədova, Kubra Həşimli, Fidan Muxtarovanın ifalarında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim edildi.            
     Çıxışlar və musiqi ifaları Xədicə Qayıbovanın həyat və yaradıcılıq yolunu əks etdirən muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olundu.