• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11 dekabr 2023-cü il

    11 dekabr 2023-cü il tarixində Ümummilli lider, ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi. 

    Öncə Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

    Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

    Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan və SSRİ-nın  Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Xalq artisti, professor Xuraman Qasımov müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin  böyük şəxsiyyəti, müdrik siyasətindən söz açıb, onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər. Eyni zamanda H.Əliyevin mədəniyyətə, incəsənət xadimlərinə böyük diqqət, qayğı və isti münasibətini xüsusi olaraq vurğuladılar. 

    Sonra bədii hissəyə yer ayrıldı.

    Tədbirdə BMA-nın məzunu,beynəlxalq müsabiqələr laureatı Nigar Məmmədova, BMA-nın 2-ci kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Kənan Məmmədzadə (Müşayiət edir:  Arzu Səfərova), BMA-nın 3-cü kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Əsmər Alxazova, BMA-nın tələbələrindən ibarət, beynəlxalq müsabiqələr laureatı “Sabah” xor qrupu (Bədii rəhbər və dirijor: Dimitri Babayev

    Müşayiət edir: BMA-nın 4-cü kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Rəşad Ağayev (piano) və Sənan Rəfailoğlu (tar), Respublika müsabiqələr laureatı Orxan Cəlilov (Müşayiət edir: Natiq Yusibov) çıxış etdilər. 

    Gənc musiqiçilərin ifasında Nazim Əliverdibəyovun “Bayatı-şiraz”, Asəf Zeynallının “Muğamsayağı”, Üzeyir Hacıbəylinin “Sənsiz”, Fikrət Əmirovun “Mən səni araram”,  Sevil Əliyevanın “Ana”,

    Cahangir Cahangirovun “Alagöz” əsərləri səsləndirildi.

    Ümummilli lider Heydər Əliyev xalqının, millətinin mühafizəkarı kimi hər zaman azərbaycanlıların qəlbində yaşayacaqdır.

    Allah rəhmət etsin!