• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8 dekabr 2023-cü il

    8 dekabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının “Musiqi müəllimliyi” şöbəsi tələbələrinin iştirakı ilə Kövkəb Səfərəliyeva adına 16 saylı Uşaq Musiqi Məktəbində konsert keçirildi. 

    Konsertdə Əməkdar müəllim, professor Leyla Məmmədəliyeva, dosent Arzu Rzayeva, dosent Nərgiz Əlizadə, dosent Həqiqət Yusifova, dosent Nərgiz Hüseynova, baş müəllin Sevinc Sultanova, baş müəllim Fatimə Əliyevanın tələbələri uğurla iştirak etdilər. 

    Musiqi məktəbinin direktoru Fikrət Budaqov və məktəbin  müəllim kollektivi, kafedranın müəllim heyətinin də iştirak etdiyi zəngin konsert proqramında Azərbaycan, Rus və Avropa bəstəkarlarının əsərləri dinləyicilərə təqdim olundu.

    Gənc musiqiçilərin məharətli ifası dinləyicilər tərəfindən gurultulu alqışlarla qarşılandı. 

    Konsertin sonunda Kövkəb Səfərəliyeva adına Musiqi Məktəbinin direktoru Fikrət Budaqov çıxıç edərək, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli başda olmaqla, bütün kollektivə öz minnətdarlığını bildirdi.