7 dekabr 2023-cü il
07 dekabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Dünya azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş təntənəli konsert tədbiri keçirildi. Konsertdə “Fortepiano, orqan və klavesin” kafedrasının tələbə və məzunları məharətlə çıxış etdilər.
Olduqca zəngin konsert proqramında Ferens Listin B.A.C.H motivi əsasında “prelüdiya və fuqa” (İfa edir: Ali Əliheydər, Müəllim: Tahirə Yaqubova), Tofiq Quliyevin “Bəxtəvər oldum” (iki royal üçün) (İfa edirlər: Yaqut Əlizadə-I kurs nəfəs alətləri, Həsən Bədəlzadə-II kurs, Müəllim:Adilə Mailova), Elza İbrahimovanın “Gecələr bulaq başı”(İfa edir: Nəzrin Hüseynova-I kurs simli alətlər,Müəllim: Adilə Mailova), Fikrət Əmirovun “Məhəbbət rəqsi” (İfa edir: Elşad Mustafayev–klarnet, Müşayiət edir: Ülviyyə Mustafazadə-I kurs simli alətlər, Müəllim: Məryəm Məlikova), Şəfiqə Axundovanın “Həsrətindən” (İfa edir: İsmayıl Xəlili - I kurs simli alətlər, Müəllim: Məryəm Məlikova), Pyotr İliç Çaykovskinin “Romans” (İfa edir: Fidan Musayeva I kurs simli alətlər, Müəllim: Lalə Atakişiyeva), Əziz Əzizovun Prelüdiya, Qara Qarayevin “Oyun” (İfa edir: Samir Hüseynov II kurs ifaçılıq solo oxuma, Müəllim: Dilşad Əliyeva), Qara Qarayevin “Xəyallar” (İfa edir: İsmayıl Xəlili, Müşayiət edir: Tooba Soleimani- I kurs, simli alətlər, Müəllim: Günel Eyvazzadə), Arsalan Navab Moghadam-II kurs bəstəkarlıq (Əsas mövzu və 1-ci variasiya, İfa edir: Tooba Soleimani, Müşayiət edir: Müəllif, Müəllim: Günel Eyvazzadə), Fikrət Əmirovun “Ekspromt” №2 (İfa edir: Günan Həydərova- Sabah qrupu II kurs Musiqişanaslıq, Müəllim: Afaq Rüstəmova), Pyotr İliç Çaykovskinin “Vals Sentimental” (İfa edir: Ləman İsmayılova violin, Müşayiət edir: Fəxriyyə Bayramova- Sabah qrupu II kurs Musiqişünaslıq, Müəllim: Aynur Xəlilova), Fikrət Əmirovun “Lirik rəqs” (İfa edir: Səkinə Cavadzadə II kurs simli alətlər, Müşayiət edir: Aytən Müslümova,Müəllim: Dilşad Əliyeva), Fikrət Əmirovun “Ballada” (İfa edir:Xədicə Muxtarova I kurs simli alətlər, Müəllim: Dilşad Əliyeva), Mariya - Tereza Paradizin “Siciliyana” İfa edir: Validə Əfəndiyeva, Müşayiət edir: Fidan Musayeva I kurs, simli alətlər, Müəllim: Lalə Atakişiyeva), Robert Şumanın “Albom yarpağı” fis-moll (İfa edir: Xədicə Hacılı-I kurs simli alətlər, Müəllim: Adilə Mailova), Aleksandr Skryabinin Prelüdiya №5 D-dur, İfa edir: Yaqut Əlizadə –I kurs nəfəs alətləri, Müəllim: Adilə Mailova, Perqolezinin “Mahnı” (İfa edirlər: Xədicə Hacılı I kurs simli alətlər, Əli Günəşov, Müəllim: Adilə Mailova), Klod Debüssinin “Arabeska” №1 E-dur (İfa edir: Nərmin Quliyeva-I kurs simli alətlər, Müəllim: Adilə Mailova), Astor Piazzolanın “Libertango” (İfa edir: Nərmin Quliyeva-I kurs simli alətlər, Daler Odinayev I kurs İxtisas f-no, Müəllim: Adilə Mailova),
Əzizə Mustafazadənin “Always”jazz trio (f-no ilə) (İfa edirlər: Aysun Mahmudzadə –II kurs solo oxuma) əsərləri dinləyicilərə təqdim etdilər.
Bayram ab-havalı tədbir gecəsi tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.