• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 dekabr 2023-cü il

    1 dekabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında İfaçılıq fakültəsi “Simli alətlər” kafedrasının tələbələrinin iştirakı ilə maraqlı konsert tədbiri keçirildi. 

    Konsertdə çıxış edən BMA-nın istedadlı tələbələri Aydan Hacıəhmədova, Telmina Bayramzadə, Aytac Rzayeva, Zeyn Cəfərov, Humay Hacızadə, Oruc Aşumov, Emil Hüseynov, Cavid Ağayev, Fidan Həsənova, Özcan Cabbari, Kənan Məmmədzadə məharətli ifaları ilə dinləyicilərdə xoş təəssüratlar yaratdılar. 

    Rəngarəng konsert proqramında Giuseppe Tartininin Sonata N.1, Jyul Massnenin “Düşüncə”, İohan Sebastiyan Baxın Sonata N.2, Fritz Kreyslerin “Çin tamburini”, “Məhəbbət sevinci”, Qabriel Forenin “Elegiya”, Pablo Sarasatenin “Bask kapriççiosu”, Sergey Raxmaninovun “Romans” N.7, Qara Qarayevin “Adajio”, İsak Albenisin “Malaguena”, Ejyen İzainin Sonata N.4 əsərləri səsləndirildi.

    Gənc musiqiçilərin peşəkar ifası hər kəs tərəfindən rəğbətlə qarşılandı və konsert gurultulu alqış sədaları altında başa çatdı.