• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 noyabr 2023-cü il

    29 noyabr 2023-cü il tarixində Frederik Şopen adına Varşava Şopen Musiqi Universiteti və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası arasında Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi və Respublikanın xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev tərəfindən hazırlanmış Frederik Şopenin büstünün açılışı baş tutdu. 

    Mərasimdə öncə Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova qonaqları salamlayaraq, Frederik Şopen adına Musiqi Konservatoriyasının rektoru, professor Klaudiusz Baranı və görkəmli rəssam Natiq Əliyevi hər kəsə təqdim etdi. Sonra Azərbaycan və SSRİ-nin xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və qonaqlara söz verildi. F.Bədəlbəyli Professor Klaudiuş Baranın çoxşaxəli yaradıcılığından söz açdı:O, musiqi aləmində istedadlı akkordeon ifaçısı, bandoneon ifaçısı, kamera musiqiçisi, Polşada akkordeon sənətinə verdiyi töhfələrə görə çoxsaylı mükafatlar laureatı kimi geniş tanınır. Professor Baran Polşa, Serbiya, Rusiya, İspaniya, Argentina və digər ölkələrdə keçirilən bir çox festivallarda iştirak edib. Professor Baran Argentina tanqosuna, xüsusən də Astoro Piazzollonun Nuevo tanqosuna böyük həvəs göstərir. O Polşa konsert salonlarında ilk dəfə bu əsərləri bandoneon alətində ifa edərək məhərətlə təqdim etmişdir. O, Polşada tanqo mədəniyyəti yaradan məşhur Tangata Quintet, Machina del Tango tanqo ansambllarının yaradıcısı və rəhbəridir. O, Milli Filarmoniya Orkestri və digər görkəmli orkestrlərlə çıxış edən ilk solo qarmon ifaçısıdır. O, bəstələrinə, İfaçılıq müsabiqələrində iştirakına, ifaçılıq məharətinə görə 3 Fryderyk mükafatına, Gloria Artisin "Mədəniyyətə xidmətlərinə görə" bürünc medala, Astor Piazzollanın əsərlərindən ibarət buraxılmış CD-sinə görə Fonoqrafik Akademiyasının mükafatına layiq görülüb. Onun albomu Ən Yaxşı Albom və Kamera Musiqisi kateqoriyasında mükafata layiq görülmüşdür. 

    Daha sonra görkəmli Polşa bəstəkarı F.Şopenin büstü açıldıqdan sonra, hər iki rektor tərəfindən Əməkdaşlıq Memorandumu imzalandı. 

    Ardınca professor Klaudiuş Baranın Bakı Musiqi Akademiyasının Böyük zalında konserti baş tutdu. 

    Konsertdə K.Baranın ifasında  İohan Sebastiyan Baxın “Qoldberq variasiyalarından” Ariya, Dominiko Skarlattinin Sonata C dur, Astor Piazzolanın “Milonqa prelud”, Floras, Oyun (Game), Qranadas- Rəqs Oriental N2, Mikovay Maykuşakın “Dyad” (Əkizlər) əsərləri tamaşaçılara böyük zövq verdi.

    Tədbir hər kəs tərəfindən böyük maraqla qarşılandı.