• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 noyabr 2023-cü il

    21 noyabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında  Əməkdar müəllim, “Fortepiano” fakültəsinin dekanı, professor Nəzakət Rimazi və Əməkdar müəllim, “Konsertmeyster ustalığı” kafedrasının müdiri, professor Gülnarə Acalovanın tələbələrinin ifasında olduqca maraqlı konsert keçirildi. 

    Konsert gecəsində Respublika və Beynəlxalq müsabiqələr laureatları Zeyn Cəfərov, Ayan Aslanova, Əsmər Alxazova, Hüseyn Nağıyev, Zəhra Cahan Şıxaliyeva, İluzər İbrahimzadə, Şəkərxanım Cavadzadə, Şərif Bağırov, Camalə Abdinzadə, Orxan Hüseynov Nərminə İsmayılova, Kamran Talıblı, Rəvan Əhmədzadə, Azər Səfərzadə  parlaq ifaları ilə dinləyicilərdə xoş təəssüratlar yaratdılar. 

    Rəngarəng konsert proqramında Sergey Raxmaninovun “Romans”, Friderik Şopenin “Rondo”, Fikrət Əmirovun  “Sevil” operası mövzuları əsasında Fantaziya, Feliks Mendelsonun “Skertso”, Luici Bassi – Cüzeppe Verdinin  “Rigoletto” operası mövzuları əsasında Konsert - Fantaziya, Ceyhun Allahverdiyevin “Eskizlər”, David Popperin “Konsert - Polonez” op.14, Klod Bolinqin  “Fleyta və caz trio üçün Süita”dan “Sentimental”, Bedrjix Smetananın İki fortepianoda  səkkiz əl üçün Sonata e moll əsərləri səsləndirildi.

    Gənc və istedadlı musiqiçilərin məharətli ifaları dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı. 

    Beləliklə, konsert gecəsi tamaşaçıların gurultulu alqış sədalarlı altında başa çatdı.