• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 noyabr 2023-cü il

    15 noyabr 2021-ci il tarixində Kamera və Orqan Musiqi Zalında Zəfər gününə həsr olunmuş “Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirildi. 

    Qeyd edək ki, tədbirin bədii rəhbəri Əməkdar incəsənət xadimi, professor Tahirə Yaqubovadır.  Tədbirdə ön sözlə Şəfəq Abdullayeva çxış edərək, konserti açıq elan etdi. 

    Zəngin konsert proqramında Cerimaya Klarkın “Rondo virtuoso” (Solistlər:Fidan Rəşidova(orqan), Fərhad Şükürov (truba), Rixard Vaqner-Ferents List - “Yürüş” (Solist:Fidan Rəşidova (orqan), Asəf Zeynallının “Ölkəm” romansı (solist, orqan üçün işləyəni Şəfəq Abdullayeva-ilk ifa), Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Uvertüra (orqan üçün işləyəni Şəfəq Abdullayeva), Azərbaycan xalq mahnısı “Ay Laçın” (Solistlər:Sevinc Mirzəli (kamança), Şəfəq Abdullayeva (orqan), İohan Sebastyan Baxın Xoral Prelüd Es dur (Solist:Nigar Məmmədova (orqan), Feliks Mendelsonun Üç nömrəli Sonata, Hans-Andre Ştamın  “Rondo alla latina”, Qordon Yangın Klassik üslubda Prelüd, Üzeyir Hacıbəylinin Azərbaycan Repsublikasının Dövlət Himni (orqan üşün işləyəni Tahirə Yaqubova) (elansız) (Solist:Nigar Məmmədova (orqan) əsərləri dinləyicilərə tədqim olundu. 

    Bayram ab-havalı konsert gecəsi tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.