• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 noyabr 2023-cü il

    7 noyabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının II kurs magistr tələbələrinin 8 noyabr Zəfər gününə həsr olunmuş konserti keçirildi.
    Konsertə başlamadan öncə BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva Azərbaycan-Qazaxıstan əlaqələrindən söz açdı, neçə illərdir bu ənənələrin davam etdiyini qeyd etdi  və ali məktəblər arasındakı  əməkdaşlığı  təqdirəlayiq hal kimi yüksək qiymətləndirdi.
    BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti,  professor Yeganə Axundova, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, Elm və yaradıcılıq işləri üzrə prorektor, professor Gülnaz Abdullazadə, BMA-nın Əlavə təhsil şöbəsinin müdiri Nərgiz Hüseynova da tələbələrə ürək sözlərini bildirib, fəaliyyətlərində uğurlar arzu etdilər.
    Konsertdə istedadlı tələbələr həm klassik musiqi, həm də xalq mahnılarını ifa etdilər. Qazax milli alətlərində ifa olunan  rəngarəng musiqi nömrələrindən ibarət konsert proqramı tamaşaçıların böyük marağına səbəb olaraq, gurultulu alqışlarla qarşılandı.
    Sonda gənc musiqiçilərə sertifikatlar təqdim olundu. Onlar da öz növbəsində hər kəsi  Zəfər günü münasibətilə təbrik etdilər və Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli başda olmaqla, bütün professor müəllim heyətinə böyük diqqət və qayğı üçün dərin təşəkkürlərini bildirdilər.