27 oktyabr 2023-cü il
27 oktyabr 2023-cü il tarixində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummili Lider Heydər Əliyevin 100 illyinə həsr olunmuş “Yeni adlar” layihəsi çərçivəsində konsert keçirildi.
Konsertdə Dirijor Mustafa Mehmandarovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə gənc istedadlar – respublika və beynəlxalq müsabiqələr laureatları Nərgiz Əliyeva (piano) və Əbdüləli Hüseynli (piano) çıxış etdilər.
Solistlər dinləyicilərə Robert Şumannın Piano və orkestr üçün Konsertini (a-moll, op.54) və Ferens Listin “Ölülər rəqsi”, op.40 əsərini təqdim etdilər.
Musiqili gecə tamaşaçıların böyük marağına səbəb olaraq, gurultulu alqışlarla qarşılandı.
Məlumat üçün nəzərinizə çatdıraq ki, “Yeni adlar” layihəsi müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihədir.