• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 noyabr 2023-cü il

    Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 03 noyabr 2023-cü il tarixində “44 günlük qəhrəmanlıq dastanı” adlı tədbir keçirildi. Şəhid ailələri və qazilərin  iştirakı ilə baş tutan tədbir 8 noyabr Zəfər gününə həsr olunmuşdu.  Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canlarını qurban verən, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ardınca qonaqlara muzey əməkdaşları tərəfindən Vətən müharibəsinin gedişatını əks etdirən videoçarx  nümayiş olundu.
    Tədbirin rəsmi hissəsində İkinci Qarabağ müharibəsinin iştirakçıları – qazilərimiz Azərbaycanın suverenliyinin qorunması və torpaqlarımızın azadlığı uğrunda apardıqları döyüş əməliyyatlarından, həmçinin şəhid anaları öz övladları barədə xatirələrindən danışdılar.
    Konsert proqramı ilə davam edən tədbirin bədii hissəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri - Leyla Hüseynzadə Lalə Cəfərovanın “Üzeyir Hacıbəyli mövzularına fantaziya”, Kənan Məmmədzadə Henrik Venyavskiyin “Original mövzulara variasiyalar (müşayiət edir: Arzu Səfərova), Safura Aslanova (müşayiət edir: İlahə İsmayılova) Fikrət Əmirovun “Azərbaycan elləri” əsərlərini məharətlə ifa etdilər. Həmçinin Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Asəf  Zeynallı adına Musiqi Kollecinin, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagird və tələbələri vətənpərvərlik mövzusunda musiqi nömrələri ilə çıxış etdilər.
    Auditoriya qismində tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, Heydər Əliyev adına Hərbi İnstitutun tələbələri, muzey əməkdaşları və media nümayəndələri iştirak etdilər.
    Sonda musiqiçilərə muzey tərəfindən “Təşəkkürnamə” təqdim olundu və xatirə şəkli çəkildi.