9 iyun 2023-cü il
9 iyun 2023-cü il tarixində Bakının mötəbər konsert salonlarından biri olan Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Akademik musiqi sevənlər üçün növbəti konsert keçirildi. Pianoçu və bəstəkarlar Ülviyyə Kazımova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Zərif Kərimova, fleytada Nərgiz Əliyeva və violin Renata Abubəkirova səhnədə solo, duet və triolar ifa etdilər.
Konsertin adından göründüyü kimi bu bir "Musical journey" ("Musiqili səhayət") idi. İohan Sebastiyan Bax, Domeniko Skarlattinin əsərləri səsləndirildikdən sonra, müasir bəstəkarlardan Fazil Say, Ceyhun Allahverdiyevin əsərləri ilə yanaşı, ifaçılar Zərif Kərimova və Ülviyyə Kazımovanın əsərləri də ifa olundu.
Tədbir tamaşaçılar tərəfindən rəğbətlə qarşılanaraq, gurultulu alqış sədaları altında başa çatdı.