• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    31 may 2023-cü il

    Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsi müasir Azərbaycan ifaçılıq sənətinin inkişafı, bu sahədə yeni istedadlı nəslin yetişməsi və tanınması məqsədi daşıyır.

    2022-ci ilin mart ayından həyata keçirilən layihə maraqlı konsert proqramları ilə davam edir. Bu il layihə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuşdur.

    31 may 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Yeni adlar” layihəsinin növbəti konserti keçirildi.

    Pianoçu, respublika və beynəlxalq müsabiqələr laureatı Nərgiz Kəngərli solo konsert proqramı ilə çıxış etdi.

    Konsertdən əvvəl BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Xalq artisti, professor Yeganə Axundova diqqətə çatdırdı ki, “Yeni adlar” layihəsi çərçivəsində bu günədək 20-dən artıq gənc musiqiçi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində orkestr müşayiəti ilə çıxış etmişdir. Layihə çərçivəsində artıq solo konsertlər başlayır. Bu konsertlərin ilki pianoçu Nərgiz Kəngərli tərəfindən təqdim olunacaqdır.

    Sonra musiqiçi səhnəyə dəvət edildi.

    Konsert proqramda Robert Şumanın “Simfonik etüdlər” (op.13), Pyotr İliş Çaykovskinin “Dumka” (op.59) və Sergey Prokofyevin 4 nömrəli sonata (op.29) əsərləri səsləndirildi və tamaşaçıların alqışları ilə qarşılandı.