• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    31 may 2023-cü il

    31 may 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Respublika və Beynəlxalq müsabiqələr laureatı  Tuba sinfinin tələbəsi Aslan İslamovun solo konserti baş tutdu. Qeyd edək ki, Azərbaycan musiqi mədəniyyətində ilk dəfə Tuba alətində solo konsert keçirildi.

    Əməkdar artist, dosent Əli Hacıyevin sinfində təhsil alan Aslan İslamov Azərbaycan və Qərbi Avropa bəstəkarlarının rəngarəng musiqi repertuarına müraciət edərək bütün dinləyiciləri heyran etdi.

    Konsert iki hissədən ibarət idi. Birinci hissədə klassik üslubda olan (Oystein Baadsvik – “Ordner Seg”,  Elaine Fine - Tuba üçün sonata, Fikrət Əmirov  - “Mən səni araram”), ikinci hissədə isə cazz üslubunda olan (Harry Warren – “There will never be another you”, Üzeyir Hacıbəyli – “Gülçöhrənin naləsi” (İşlənmə : Şahin Növrəsli), Roy Hargrove –“Strasbourg  Saint-Denis”)  əsərlər yüksək peşəlkarlıq ilə ifa olundu.

    Qeyd edək ki, Beynəlxalq müsabiqələr laureatı  Tuba sinfinin tələbəsi Aslan İslamovu Hidayət Sadıqbəyli (Piano),  Kamil Hüseynzadə (Zərb alətləri), Rafət Məmmədov (Saksafon) müşayiət etdilər.

    Azərbaycanda ilk dəfə Tuba alətində keçirilən solo konsert zalda əyləşən bütün dinləyicilər tərəfindən böyük rəğbət ilə qarşılandı.  Konsert dinləyicilər tərəfindən gur alqışlarla sona çatdı.