• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 may 2023-cü il

    30 may 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tanınmış bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Azər Dadaşovun violin və fortepiano üçün yazılan əsərlərindən ibarət kitabın təqdimatı keçirildi.

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə öncə Əməkdar müəllim, professor, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Hökümə Əliyeva bütün qonaqları salamlayaraq, tədbiri açıq elan etdi.

    Tədbirdə giriş sözü ilə Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mina Babayeva çıxış etmiş, Azərbaycan  xalqının Ümummilli lideri, dünya səviyyəli siyasi xadim, çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyət Heydər Əliyevin görkəmli dövlət xadimi, müdrik siyasətçi olmaqla yanaşı, bütün yaradıcılığı boyu mədəniyyətə böyük sevgi və məhəbbətlə yanaşmasını xüsusilə qeyd etmişdir. Bu, mədəniyyətimizin inkişafı, onun rifahı, çiçəklənməsinə yönələn bir sevgi olmasını xüsusilə vurğulamış, Azərbaycan mədəniyyətinin inkişafında Heydər Əliyevin müstəsna rolu və xidmətlərinin olmasını göstərmişdir.

    O, həmçinin bu sevgi və istəyin ilk növbədə musiqiçilər, bəstəkarlar, ifaçılar və musiqişünaslar ilə görüşlərdə aydın şəkildə göründüyünü, xüsusilə Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Müslüm Maqomayev, Rəşid Behbudov ilə yaxın dostluq münasibətlərinin olmasını, onlarla müxtəlif mövzularda söhbətlər etməsini, yüksək fəxri adlara, mükafatlara layiq görülmələrində H.Əliyevin müstəsna xidmətini ön plana çəkmişdir.

    Ardınca Mina xanım Azər Dadaşovun zəngin yaradıcılıq fəaliyyətindən söz açmış, bəstəkarın musiqi xəzinəmizi zənginləşdirən əsərləri haqqında da ümumi məlumat vermişdir.

    Daha sonra konsertmeysterlər Arzu Səfərova, Zəhra Hüseynova, Svetlana Əhmədovanın müşayiətilə Prezident təqaüdçüləri Zərrin Əliyeva, Toğrul Abdullayev,  Respublika və Beynəlxalq  müsabiqələr laureatları Səbinə Həsənzadə, Surə Rüfət, Kənan Məmmədzadə Özcan Cabbari çıxış etdilər.

    Konsert proqramında A.Dadaşovun “Adajietto və skertsino”, “Zəriflik”, “Skerso”, “Tokkato”, “Xocalı ağrısı”, “Nokturn”, “Ariya”, “Həmd səna”, “Poema” əsərləri dinləyicilərə təqdim olundu.

    Sonda bəstəkar Azər Dadaşov  konsertdə iştirak edən hər kəsə təşəkkür edib, fortepianoda əsrarəngiz ifası ilə sanki dinləyiciləri musiqinin sehirli aləminə qərq etdi.

    Konsert tamaşaçıların böyük rəğbətini qazanaraq, gurultulu alqışlarla qarşılandı.