• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 may 2023-cü il

    30 may 2023-cü il tarixində Niyazinin ev muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının “Musiqi müəllimliyi” şöbəsi tələbələrinin konserti keçirildi. 

     Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə Əməkdar müəllim, professor Leyla Məmmədəliyeva, dosentlər Arzu Rzayeva, Nərgiz Əlizadə, Həqiqət Yusifova, Nərgiz Hüseynova və Əməkdar artist, baş müəllim Nigar Məlikovanın istedadlı tələbələri-Coşqun Qadaşov, Nəzrin Cəfərova, Səidə Baxşıyeva, Cəmilə Həsənli, Elsevər Axundov, Aysu Mahmudlu, Lamiyə Əliyeva, Adil Əmirli, Həvva Məmmədova, Məsməxanım Allahverdiyeva, Əminəm Əhmədova, Jalə Mikayılova, Seyid Səkinə Məmmədova uğurla çıxış etdilər. 

    Zəngin konsert proqramında Vaqif Gərayzadənin “Köhnə məhəllə”, Səid Rüstəmovun “Vals”, Rauf Hacıyevın “Sevgilim”, Frans Şubertin “Serenada”, Nazim Bağırovun “Həsrət”, Manfred Şmitsin “Etüd”, Qara Qarayevin “Eskiz”, Sevil Əliyevanın “Ana”, Cavanşir Quliyevin “Vals”, Əziz Əzizovun Prelüd № 8, Arif Mirzəyevin “Sirr qutusu”, Ferens Listin “Romance”, Tofiq Quliyevin “Bakı haqqında mahnı”, Nəzrin Cəfərovanın “Sən və mən”, Nazim Əlverdibəyovun “Bayatı – Şiraz”, Əziz Əzizovun Prelüd № 7, İzzət Əliyevanın “Prelüd”, Friderik Şopenin Nokturn № 15, Arif Məlikovun Prelüd № 3, Fikrət Əmirovun “Azərbaycan elləri”, Cahangir Cahangirovun “Vətən” əsərləri dinləyicilərə təqdim olundu. 

    Bakı Musiqi Akademiyasının istedadlı tələbələrinin peşəkar ifası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.