25 may 2023-cü il
25 may 2023-cü il tarixində Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan SABAH qruplarının İncəsənət Festivalı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sabah qrupunun teatrı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Sabah qrupu xorunun birgə çıxışı ilə ilk dəfə Heydər Əliyev adına sarayın səhnəsində “Arşın mal alan” tamaşası nümayiş olundu.
Bu sarayda ilk təcrübə olan “Arşın mal alan” tamaşası çox uğurla səhnələşdirildi və tamaşaçılar tərəfindən olduqca yüksək qiymətləndirildi.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Mehriban Zəki, BMA-nın sabah qrupu xorunun bədii rəhbəri isə Bakı Musiqi Akademiyasının baş müəllimi Dimitri Babayevdir.