• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 may 2023-cü il

    26 may 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Əməkdar incəsənət xadimi, “Kamera ansamblı” kafedrasının müdiri, professor Kəmalə Neymanovanın tələbələrinin konserti keçirildi.

    Tədbirdə istedadlı tələbələr Ayan Aslanova, Nərminə İsmayılova, Osman Mustafazadə, Humay Hacızadə, Ərol Rzayev məharətlə çıxış etdilər. 

    Konsert proqramında İohan Sebastiyan Baxın Prelüdiya və Fuqa cis moll (YTK l cild), İozef Haydının Sonata c moll, Maris Ravelin “Jeux d’eau”, Friderik Şopenin “Etüd” no.12, op.10, Klod Debüssinin “Etüd” no.1, Robert Şumanın “Kinderszenen”, Q.Faurenin Piano kvarteti no.1 əsərləri dinləyicilərə təqdim olundu.

    Tələbələrin parlaq ifası dinləyicilərin zövqünü oxşayaraq, gurultulu alqışlarla qarşılandı.