• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 may 2023-cü il

    24 may 2023-cü il tarixində Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının “Fortepiano ansamblı” fənni üzrə Əməkdar müəllim Arzu Məmmədova, “Tərəqqi” medalı mükafatçısı Könül Axundova və müəllim Cəmilə Əmirovanın sinif konserti keçirildi.

    Konsert Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuşdur. 

    Tədbirdə BMA-nın istedadlı tələbələri Tamara Balaşova, Aysel Məmmədova, Aydın Əliheydər, Gülsarə Bağırova, Nuray Əliyeva, Fidan Əmirova, Ağabəşir Bayramzadə, Fidan Rəşidova, Maya İsmayıllı, Jasmin Dadaşova, Dinara Əliyeva, Ləman Qəmbərova, Şahnaz Qədirzadə, Elvina Yahyayeva, Kubra Həşimli parlaq ifaları ilə çıxış etdilər. 

    Zəngin konsert proqramında Üzeyir Hacibəylinin “Koroğlu” operasından Uvertüra, Cahangir Cahangirovun “Azad” operasından Çahargah, Каmil Sen Sansın “İntroduksiya və Rondo Kapricciozo”, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Gözəllər gözəli”, Corc Gerşvinin Prelüd N.1;2, Lalə Cəfərovanın “Lirik rəqs”, Klod Debüssinin “Lindaraha”, Niyazinin “Xoreoqrafik vals”, İohannes Bramsın “Macar rəqsi” N.4”, İqor Roqalyovun Tanqo “Piazzolla ma non troppo”, Mark Minkovun “Köhnə royal” əsərləri səsləndirildi.

    Tədbir tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.