• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 may 2023-cü il

    19 may 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano” kafedrasının  professoru, Xalq artisti Ülviyyə Hacıbəyova və dosent Nərgiz Salmanlının  tələbələrinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçirildi.

    Konsertdə Xalq artisti Ülviyyə Hacıbəyova, dosent Nərgiz Salmanlı ilə yanaşı istedadlı tələbələri Səbinə Quliyeva, Aydan Yeşildağ, Lamiyə Sərxanova, Pərvin Əsgərova, Rəbiyyə Gözəlova, Rasimə Abdullayeva, Məryəm Məmmədova parlaq ifaları ilə çıxış etdilər.

    Zəngin konsert proqramında V.A.Motsartın, S.Raxmaninovun, F.Leqarın, S.Prokofyevin, D.Şostakoviçin, A.Məlikovun, G.Əliyevanın əsərləri dinləyicilərə təqdim olundu.

    Tədbir tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.