• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 may 2023-cü il

    12 may 2023-cü il tarixində Belçikanın Brüssel şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Bozar” mədəniyyət mərkəzində “Spring mood from Land of fire” adlı konsert keçirildi.
    Brüsseldə keçirilən yubiley konsertində dirijor Fərhad Qarayusiflinin rəhbərliyi altında Baku Chamber Orchestranın (bədii rəhbər Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Fərhad Bədəlbəyli, direktoru Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova, dirijor Əməkdar artist Fuad İbrahimov) müşayiətilə Xalq artisti Yeganə Axundova və Beynəlxalq müsabiqələr laureatları Orxan Cəlilov, Nəzrin Aslanlı çıxış etdilər.
    Konsert proqramında Üzeyir Hacıbəylinin “Arazbarı”, “Sevgili canan”, Aqşin Əlizadənin “Cəngi”, Vaqif Mustafazadənin Fortepiano və orkestr üçün konsert, Qara Qarayevin İki rəqs, Cahangir Cahangirovun “Alagöz”, Fikrət Əmirovun “1001 bir gecə” baletindən Şəhrizadın bayramı, Arif Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları”, “Qızların rəqsi”, Antoni Vivaldinin “İlin fəsilləri” konsertindən “Yay”, Niyazinin “Qaytağı”, Fərhad Bədəlbəylinin “Dəniz”, Müslüm Maqomayevin “Azərbaycan” əsərləri dinləyicilərə təqdim olundu.
    Yerli ictimaiyyət və akademik dairələrin təmsilçilərinin iştirak etdiyi konsert gecəsi gurultulu alqışlarla qarşılandı.