16 may 2023-cü il
16 may 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Fortepiano, orqan və klavesin” kafedrasının tələbələrinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli konsert keçirildi.
Konsertdə kafedranın istedadlı tələbələri Gülbacı Muradova, Aydın Əliheydər, Ülkər Əsədova, Röya Əliyeva, Fərid Hacıyev, Alsu Cəfərova, Aybəniz Həsən, Səadət Ağasiyeva, Hüseyn Rzayev, Nərmin Həsənli, Aysel Cəfərova, Günay Heydərova, Ləman İsmayılova, Aygün Mahmudzadə, Şəhla Cəlilova, Kənan Məmmədzadə, Zeyn Cəfərov, Rəna Məmmədova, Həsən Bədəlzadə, Özcan Cabbari, Tərlan Feyzullayev, Nərmin Həsənli, Ləman İsmayılova, Telmina Bayramzadə, Aysun Mahmudzadə uğurla çıxış etdilər.
Konsert Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.
Sonra zəngin konsert proqramında İ.S.Baxın “Xoral” C-dur, Prelüdiya g-moll, C.Frankın “Xoral №3 a-moll”, G.Hendelin “Passakaliya”, K.V.Qlyukun “Melodiya”, N.Paqanininin “Kantabili”, F.Şopenin Prelüdiya a moll, Vals №2 fis moll, S.Raxmaninovun “Aprel bayram günü”, A.Skryabinin “Prelüdiya №2”, A.Şinitkenin “Polka”, U.Şurovskinin “Şarmanka”, A.Piazzolanın “Əlvida Paris”, C.Qerşvinin “Prelüdiya”, C.Xasaişinin “Ballada” İ.Abdullayevin “Nostalji”, A.Məlikovun “Prelüdiya”, Ə.Əzizovun “2 prelüd”, C.Hacıyevin “Pyes zarafat”, T.Quliyevin “Prelüdiya”№2, F.Əmirovun “Elegiya”, əsərləri dinləyicilərə təqdim olundu.
Bayram ab-havalı konsert gecəsi tamaşaçıların rəğbətini qazanaraq, gurultulu alqış sədaları altında başa çatdı.