• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 may 2023-cü il

    Ümummilli lider Heydər Əliyevin  100 illiyinə  həsr olunmuş növbəti tədbir.

    15 may 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Konsertmeyster ustalığı” kafedrasının dosenti, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Venera Məmmədovanın tələbələrinin sinif konserti  keçirildi.

    Tədbirdə giriş sözü ilə Sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova çıxış etmiş, Azərbaycan  xalqının Ümummilli lideri, dünya səviyyəli siyasi xadim, çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyət Heydər Əliyevin görkəmli dövlət xadimi, müdrik siyasətçi olmaqla yanaşı, bütün yaradıcılığı boyu mədəniyyətə xüsusi sevgi və məhəbbətlə yanaşmasını xüsusilə qeyd etmişdir. Bu mədəniyyətimizin inkişafı, onun rifahı, çiçəklənməsinə yönələn bir sevgi olmasını xüsusilə vurğulamış, Azərbaycan mədəniyyətinin inkişafında Heydər Əliyevin müstəsna rolu və xidmətlərinin olmasını göstərmişdir.

    O, həmçinin bu sevgi və istəyin ilk növbədə musiqiçilər, bəstəkarlar, ifaçılar və musiqişünaslar ilə görüşlərdə aydın şəkildə göründüyünü, xüsusilə Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Müslüm Maqomayev, Rəşid Behbudov ilə yaxın dostluq münasibətlərinin olmasını, onlarla müxtəlif mövzularda söhbətlər etməsini, yüksək fəxri adlara, mükafatlara layiq görülmələrində H.Əliyevin müstəsna xidmətini ön plana çəkmişdir.

     Daha sonra solistlər Əməkdar artist Rəna Əliyeva, Respublika və Beynəlxalq müsabiqələr laureatları Aqşin Xudaverdiyev, Cavanşir Rüstəmbəyli, Məhəmməd Əliyev, Nurlan Məmmədlinin iştirakı ilə tələbələr Camalə Məmmədzadə, Nəzrin Məhərrəmli, Sona İsmayılzadə, Fatimə Əskərova, Nəcibə Cəfərovanın uğurlu ifası dinləyicilərə təqdim olundu.

    Konsert proqramında Vincenzo Bellininin “Norma” operasından Normanın ariyası, Edvard Elqarın “Salut d’Amour”, Vittorio Montinin “Çardaş”, Sergey Raxmaninovun “Смеркалось”, Qara Qarayevin “Я вас любил”, Fikrət Əmirovun “Sevil” operasından Dilbərin mahnısı, Vasif Adıgözəlovun “Qərənfil”, Sevil Əliyevanın “Ana”, sonda isə Müslüm Maqomayevin “Odlar yurdu” əsəri səsləndirildi.

    Ümummili lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir tamaşaçıların böyük rəğbətini qazanaraq, gurultulu alqış sədaları altında başa çatdı.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Mətbuat katibi,

    musiqişünas Ofelya İsgəndərova