3 may 2023-cü il
3 may 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İfaçılıq” fakültəsi “Simli alətlər” kafedrasının tələbələrinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert keçirildi.
Tədbirə başlamadan öncə BMA-nın “Musiqi tarixi” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xatirə Həsənzadə ön sözlə çıxış edərək, Heydər Əliyevin musiqi mədəniyyətimizdəki əhəmiyyətli rolundan, gənclərə daim dəstək olmasından söz açdı.
Konsertdə Beynəlxalq və Respublika müsabiqələr laureatları Toğrul Abdullayev, Zərrin Əliyeva, Humay Hacızadə, Kənan Məmmədzadə, Osman Mustafazadə, Ərol Rzayev Kamil Sen-Sansın “Vals formasında Etüd”, “Rondo-Kapriççiozo”, Pablo Sarasatenin “Qaraçı təranələri”, Eduard Elgarın Salut de Amour, Dmitri Şostakoviçin Konsert №1 I hissə, Kvartet №8 II hissə, Henri Venyavskinin “Faust fantaziyası” əsərlərini yüksək ustadlıq ilə ifa etdilər.
Gənc musiqiçiləri Arzu Səfərova, Zöhrə Salamova, İrina Kirilina, Səbinə Muradova, Rüstəm Zeynalov müşayiət etdilər.
Parlaq ifaları ilə seçilən tələbələrin təntənəli konsert gecəsi tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.