• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 may 2023-cü il

    2 may 2023-cü il tarixində görkəmli bəstəkar Qara Qarayevin ev muzeyində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş konsert keçirilmişdir.

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Züleyxa Abdulla və onun istedadlı tələbələrinin - Ülkər Rüstəmli, Arzu İsmayılova, Nəzrin Bayramova, Şəms Əsgərovanın çıxış etdiyi konserti giriş sözü ilə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə elmlər doktoru Alla Bayramova açmışdır. 

    Konsertdə İohan Sebastian Baxın, Friderik Şopenin, Ferens Listin, Klod Debüssinin, M.Balakirevin, Sergey Raxmaninovun əsərləri ilə yanaşı tanınmış bəstəkar Xəyyam Mirzəzadənin tək sağ əl üçün yazılmış “Ohne...” əsəri iyirmi illik aradan sonra Bakıda ilk dəfə ifa olunmuşdur.

    Tədbir tamaşaçıların gurultulu alqəş sədaları altında başa çatdı.