• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 aprel 2023-cü il

    28 aprel 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano”, “Konsertmeyster ustalığı”, “Fortepiano”, orqan və klavesin”, “Simli alətlər kafedralarının” müəllimlərinin birgə iştirakı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirildi.

    Konsert gecəsində Xalq artistləri Yeganə Axundova, Gülnaz İsmayılova, Əməkdar artistlər Samirə Aşumova, Əyyub Əliyev, BMA-nın “Simli alətlər” kafedrasının müəllimi, Beynəlxalq müsabiqələr laureatı Anar Seyidov, “İxtisas fortepiano” kafedrasının dosentləri Züleyxa Abdulla, Günel Kazımova, Nərgiz Salmanlı, baş müəllim Zərif Kərimova, “Fortepiano, orqan və klavesin” kafedrasının dosentləri İdris Zeynalov, Aynur Xəlilova, Tofiyə Cavadova, baş müəllim Lalə Atakişiyeva, “Konsertmeyster ustalığı” kafedrasının baş müəllimləri Afaq Qarayeva, Leyla Zeynalova, Beynəlxalq müsabiqələr laureatları Səbinə Quliyeva, Məhəmmədəli Paşazadə və Vəfa Babayeva əsrarəngiz ifaları ilə dinləyicilərin zövqünü oxşadılar.

    Zəngin konsert proqramında Sergey Raxmaninovun “Etüd-lövhə” op.33 cis-moll, “Elegiya-trio”, Aleksandr Skryabinin “Etüd” op.42 № 5 cis-moll, Ferens Listin “Sevgi xəyalları” noktürn, Qara Qarayevin “Coşqun qaskoniyalı” müziklindən suita-giriş, Fikrət Əmirovun “Məhəbbət rəqsi”, Soltan Hacıbəyovun “Uvertüra”, Niyazinin “Arzu” romansı, Emin Sabitoğlunun “Dədə Qorqud” suitası, Samir Əliyevin “İki fortepiano üçün poema”, “Sarı gəlin” xalq mahnısı (İşləyən İlyas Mirzəyev), Paul Readın “Prelüd”, həmçinin Ulu öndər Heydər Əliyevin sevimli mahnılarından ibarət kompozisiya; Klassik və caz əsərlərdən ibarət  “Kaleydoskop” əsərləri səsləndirildi.

    İstedadlı musiqiçilərin parlaq ifaları tamaşaçıların böyük marağına səbəb olaraq, gurultulu alqışlarla qarşılandı.