27 aprel 2023-cü il
27 aprel 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” kafedrasının müəllimləri - Əməkdar incəsənət xadimi, professor Aydın Əzimov (kafedranın müdiri), professor Nazim Mirişli, Əməkdar incəsənət xadimi, professor Ceyhun Allahverdiyev, Əməkdar müəllim, dosent Arzu Məmmədova, dosent Gülnarə Məmmədovanın tələbələrinin konserti keçirildi.
Konsertdə kafedranın istedadlı tələbələri - Həsən Bədəlzadənin “Fortepiano üçün variasiyalar”, Əli Cəfərzadənin “Morze 1” sextet üçün pyes, Pünhan Qocayevin saksafon və fortepiano üçün “Yaz düşüncələri”, Nigar Süleymanovanın Simli kvartet ll hissə (İkinci Qarabağ müharibəsində şəhid olmuş XTQ-nın giziri Rəşad Babayeva ihtaf olunur), Rəşad Ağayevin Fortepiano üçün mövzu və 8 variasiya, Arsalan Novab Moghadamın Fortepiano üçün 5 prelüd, Fatimə Məmmədzadənin Klarnet və fortepiano üçün suitadan 3 pyes, Aytac Kitaylının Simli kvartet üçün üç miniatür, Şahin Qarayevin “Sən görüşə gələndə” mahnısı, Məryəm Vəliyevanın Fortepiano üçün 5 prelüd, Vəfa Əhmədbəyovanın Fortepiano üçün “Dostuma ithaf” adlı silsiləsindən 3 prelüd əsərləri dinləyicilərə təqdim olundu.
Konsertdə həmçinin Fəxri Kazım Nicat, Leyla Həmidəhmədxan, Ümid Mustafazadə, Fatimə Nəsirli, Əli Əmişov, Orxan Cumayev, Camal Bayramlı, Nəriman Məsimov, Lamiyə Sərxanova, Məhəmməd Cavadov, Emil Hüseynov, Ayan Məmmədova, Vaqif Qurbanov, Ülkər Əsədova, Kamran Talıblı, Məhəmmədəli Paşazadə, Murad Tağızadə, Azər Səfərzadə, Ərol Rzayev, Rüstəm Zeynalov çıxış etdilər.
Tədbir tamaşaçıların böyük rəğbətini qazanaraq, gurultulu alqış sədaları altında başa çatdı.