• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 aprel 2023-cü il

    12 aprel 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Simli alətlər” kafedrasının tələbələrinin konserti keçirildi.   Konsert Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuşdur.

    BMA-nın “Simli alətlər” kafedrasının müdiri Şəhla İbrahimova bütün qonaqları salamlayaraq, Ulu öndər Heydər Əliyevin incəsənətə, musiqiyə verdiyi dəyərdən, hər zaman gənclərə dəstək olmasından söz açıb, konserti açıq elan etdi.

    Konsertdə istedadlı tələbələr - Cavid Ağayev, Emil Hüseynov, Ayan Məmmədova, Aytac Rzayeva, Gülnar Nəcəfova, Günəş Cəfərova, Humay Hacızadə, Zeyn Cəfərov, Nəzrin Muradlı, Nərmin Rəfiyeva, Fəridə Abbaszadə, Özcan Cabbari, Toğrul Abdullayev, Sonaxanım Hüseynzadə, Ərol Rzayev və Səbuhi Axundov (Konsertmeysterlər Nərmin İbrahimova, Zöhrə Salamova, İrina Kirilina, Nuranə Qurbanova, Tomris Hüseynova, Səbinə Muradova) parlaq ifaları ilə çıxış etdilər.

    Zəngin konsert proqramında A.Məlikovun “Komdenin arzuları”, “Adajio”, B.Bartokun “Rumın rəqsləri”, R.Şumanın “Сказочные картинки”, M.Mirzəyevin “Lirik rəqs”, İ.Bramsın “Macar rəqsi”, M.Mirzəyevin “Romantik poema”, E.Elgarın “Salut d`amour”, M.De Falyanın “İspan rəqsi”, A.Zeynallının “Muğamsayağı”, S.Raxmaninovun “Romans”, A.Şnitkenin “Polka”, P.Sarasatenin “Navarra”, F.Mendelsonun Kvartet № 6 II hissə əsərləri səsləndirildi.

    Konsert tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.