• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 aprel 2023-cü il

    6 aprel 2023-cü il tarixində Opera studiyasında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert keçirildi.

    Tədbirin əvvəlində dahi şəxsiyyət Heydər Əliyevin      yürütdüyü müdrik siyasətdən bəhs olunaraq, musiqi sahəsi və xadimlərinə verdiyi dəyər, onlara ayırdığı diqqət xüsusilə vurğulandı.

    Heydər Əliyevin incəsənət xadimləri ilə görüşü, onların əməyini yüksək qiymətləndirərək təltif etdiyi görüntülər video-çarx şəklində tamaşaçılara nümayiş etdirildi.

    Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının Əməkdar müəllimləri Kəmalə Mirbabayeva və Arzu Məmmədovanın birgə dueti, həmçinin tanınmış musiqiçilərin tələbələrinin - Respublika və Beynəlxalq müsabiqələr laureatları Nurcan Rzayeva, Leyla Hüseynzadə, Nuray Əliyeva, Fidan Əmirova, Aygül Mahmudova, Nigar Həsənli, Aysel Məmmədova, Tamara Balaşova, Kamil Hüseynzadə (zərb alətləri) parlaq ifaları səsləndirildi.

    Təntənəli konsert proqramında Dmitri Şostakoviçin “Konsertino”, Qara Qarayevin “Prelüd” N.2, 15, 19, Volfqanq Amadey Motsart-Edvarq Qriqin “Sonata” F dur lll hissə, Sergey Raxmaninovun “Etüd-şəkil” N.8, əsər 39, Aleksandr Tsfasmanın “Qar dənəcikləri”, Friderik Şopenin Etüd N.5 əsər 10, Şaun Çonun “Fiestravaganza” və Feliks Blumenfeldin “Prelüd” N.2, 24 əsər 17 əsərləri dinləyicilərə təqdim olundu.

    Tamaşaçıların böyük marağına səbəb olan konsert gecəsi gurultulu alqış sədaları altında başa çatdı.