• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    5 aprel 2023-cü il

    5 aprel 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində zəngin yaradıcılıqları ilə dünya musiqi mədəniyyətinə böyük töfhələr verən görkəmli bəstəkarlar Sergey Raxmaninovun 150 və Qara Qarayevin 105 illiyinə həsr olunmuş təntənəli konsert keçirildi.

    Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimləri-Əməkdar İncəsənət xadimi, Xalq artisti, professor Ülviyyə Hacıbəyova, Xalq artisti, professor Gülnaz İsmayılova, Əməkdar artist, professor Elnarə Kəbirlinskaya, dosent Züleyxa Abdulla, baş müəllim Nərgiz Salmanlı və tələbələri Fidan Muxtarova, İlqarə Talıbova, Fatimə Hacızadə, Natəvan Səlimova, Əli Talıbov ifaları ilə dinləyicilərin zövqünü oxşadılar.

    Zəngin konsert proqramında Sergey Raxmaninovun, Qara Qarayevin, Üzeyir Hacıbəylinin, Xəyyam Mirzəzadənin, Fərəc Qarayevin əsərləri səsləndirildi.
    Tədbir tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.