30 mart 2023-cü il
30 mart 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində 31 Mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra "Tarixi yaddaşımızdan silinməyən 31 Mart - azərbaycanlıların Soyqırımı Günü" mövzusunda çıxış edilmiş, soyqırım hadisələrini əks etdirən video görüntülər tamaşaçılara nümayiş etdirildi.
Bədii hissədə isə Xalq artisti, Əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyovanın tələbələri çıxış etdilər.
Konsert proqramında Edvard Qriqin, Sergey Raxmaninovun, Georgi Sviridovun, Qara Qarayevin, Emin Sabitoğlunun, Arzu Məmmədovanın və Aliyə Məmmədovanın əsərləri səsləndirildi.
Tədbir tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.